Korporativ hüquq üzrə xidmətlərimizə həmçinin aşağıdakılar aiddir:
- Hüquqi şəxslərin təsisi və dövlət qeydiyyatı
- Korporativ sənədlərin, müqavilələrin, rəsmi məktubların və digər sənədlərin hazırlanması və yoxlanılması, həmçinin müqavilələrin icrası və hüquqi təminatında dəstək
- Azərbaycanda hüquqi şəxslərin, filialların və xarici hüquqi şəxslərin nümayəndəliklərinin yaradılması və qeydiyyatı üzrə prosedurların həyata keçirilməsi
- Təsis sənədlərinə düzəlişlər, səhmdar tərkibi, nizamnamə kapitalı və struktur dəyişiklikləri daxil olmaqla korporativ dəyişikliklər və yenidən təşkil üzrə məsləhət
- Risklərin idarə olunması, iflas və müflislik məsələləri üzrə prosedurların hazırlanması
- Müəssisələrin əmlak hüquqları, o cümlədən korporativ aktivlərin əldə edilməsi, mülkiyyəti, istifadəsi, özgəninkiləşdirilməsi və qorunması
- İstənilən Lisenziyaların alınması
Beynəlxalq biznes
AMO müştərilərin Azərbaycan və Avropa arasında biznes fəaliyyətinin qurulması və genişləndirilməsini də hüquqi baxımdan müşayiət edir. Bu çərçivədə:
- Latviya Respublikasında və digər Avropa ölkələrində hüquqi şəxslərin yaradılması
- Şirkətlərdə payların əldə edilməsi
- Avropaya investisiya yatırılması və investisiya strukturunun qurulması
- Avropada biznes fəaliyyəti üçün yerli tərəfdaşlıq və əlaqələrin qurulmasına hüquqi dəstək
- Latviya Respublikasında miqrasiya və yaşayış icazəsi məsələləri üzrə hüquqi dəstək
