Перейти к содержанию

Bankçılıq və maliyyə

Şirkətimiz banklara, bank olmayan kredit təşkilatlarına (BOKT), maliyyə institutlarına, investorlara və sahibkarlara maliyyələşdirmə əməliyyatları, maliyyə xidmətləri və tənzimləyici məsələlər üzrə hüquqi dəstək göstərir. Xidmətlərimiz həmçinin bank fəaliyyəti üzrə qanunvericiliyin tələblərinə uyğunluğu da əhatə edir.

Xidmətlərimizə daxildir:

  • Bank və maliyyə tənzimlənməsi – lisenziyalaşdırma, tənzimləyici tələblər, korporativ və əməliyyat uyğunluğu, habelə Mərkəzi Bank və digər səlahiyyətli dövlət orqanları ilə münasibətlər üzrə hüquqi məsləhət
  • Banklar, BOKT-lər və digər maliyyə institutlarına hüquqi dəstək – təsis, lisenziyalaşdırma, restrukturizasiya, mülkiyyət strukturunda dəyişikliklər və tənzimləyici uyğunluq məsələləri
  • Təminatların hüquqi rəsmiləşdirilməsi – girov, ipoteka, zaminlik, qarantiya və digər təminat mexanizmlərinin strukturlaşdırılması və sənədləşdirilməsi
  • Maliyyə institutlarının əldə edilməsi və satışı – hüquqi due diligence, tənzimləyici razılıqlar, əməliyyatın strukturlaşdırılması və əməliyyatın bütün mərhələlərində hüquqi müşayiət
  • Tənzimləyici uyğunluq və risklərin idarə edilməsi – maliyyə məhsulları, əməliyyatlar və biznes fəaliyyəti ilə bağlı hüquqi və tənzimləyici risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi
  • Mübahisələrin həlli və məhkəmə – bank və maliyyə əməliyyatlarından irəli gələn mübahisələr üzrə hüquqi dəstək və təmsilçilik
  • AML/CFT – çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində hüquqi məsləhətlər