Xidmətlərimizə daxildir:
- Daşınmaz əmlak məsələləri üzrə hüquqi yardım – alqı-satqı, icarə və digər əmlak əməliyyatlarının strukturlaşdırılması və sənədləşdirilməsi
- Torpaq və mülkiyyət hüquqları – torpaq sahələrinin əldə edilməsi, istifadəsi, qeydiyyatı və hüquqi rəsmiləşdirilməsi
- Tikinti və daşınmaz əmlak layihələri – layihələrin hüquqi strukturlaşdırılması, müqavilələrin hazırlanması və icazələr üzrə dəstək
- Hüquqi risklərin idarəsi – tikinti layihələri ilə bağlı hüquqi risklərin qiymətləndirilməsi, əmlakın hüquqi vəziyyətinin, mülkiyyət və digər hüquqların, məhdudiyyətlərin və risklərin araşdırılması
- Əmlak mübahisələri – məhkəmə və məhkəmədənkənar mübahisələr üzrə hüquqi müdafiə və təmsilçilik
