Məzmuna keç

Korporativ hüquq

Şirkətimiz hüquqi şəxslərin təsis, yenidən təşkil, birləşmə, satınalma və ləğv prosesləri də daxil olmaqla, gündəlik korporativ fəaliyyəti üçün hərtərəfli hüquqi həllər təqdim edir.

Korporativ hüquq üzrə xidmətlərimizə həmçinin aşağıdakılar aiddir:

  • Hüquqi şəxslərin təsisi və dövlət qeydiyyatı
  • Korporativ sənədlərin, müqavilələrin, rəsmi məktubların və digər sənədlərin hazırlanması və yoxlanılması, həmçinin müqavilələrin icrası və hüquqi təminatında dəstək
  • Azərbaycanda hüquqi şəxslərin, filialların və xarici hüquqi şəxslərin nümayəndəliklərinin yaradılması və qeydiyyatı üzrə prosedurların həyata keçirilməsi
  • Təsis sənədlərinə düzəlişlər, səhmdar tərkibi, nizamnamə kapitalı və struktur dəyişiklikləri daxil olmaqla korporativ dəyişikliklər və yenidən təşkil üzrə məsləhət
  • Risklərin idarə olunması, iflas və müflislik məsələləri üzrə prosedurların hazırlanması
  • Müəssisələrin əmlak hüquqları, o cümlədən korporativ aktivlərin əldə edilməsi, mülkiyyəti, istifadəsi, özgəninkiləşdirilməsi və qorunması
  • İstənilən Lisenziyaların alınması

Beynəlxalq biznes

AMO müştərilərin Azərbaycan və Avropa arasında biznes fəaliyyətinin qurulması və genişləndirilməsini də hüquqi baxımdan müşayiət edir. Bu çərçivədə:

  • Latviya Respublikasında və digər Avropa ölkələrində hüquqi şəxslərin yaradılması
  • Şirkətlərdə payların əldə edilməsi
  • Avropaya investisiya yatırılması və investisiya strukturunun qurulması
  • Avropada biznes fəaliyyəti üçün yerli tərəfdaşlıq və əlaqələrin qurulmasına hüquqi dəstək
  • Latviya Respublikasında miqrasiya və yaşayış icazəsi məsələləri üzrə hüquqi dəstək