Xidmətlərimizə daxildir:
- Bank və maliyyə tənzimlənməsi – lisenziyalaşdırma, tənzimləyici tələblər, korporativ və əməliyyat uyğunluğu, habelə Mərkəzi Bank və digər səlahiyyətli dövlət orqanları ilə münasibətlər üzrə hüquqi məsləhət
- Banklar, BOKT-lər və digər maliyyə institutlarına hüquqi dəstək – təsis, lisenziyalaşdırma, restrukturizasiya, mülkiyyət strukturunda dəyişikliklər və tənzimləyici uyğunluq məsələləri
- Təminatların hüquqi rəsmiləşdirilməsi – girov, ipoteka, zaminlik, qarantiya və digər təminat mexanizmlərinin strukturlaşdırılması və sənədləşdirilməsi
- Maliyyə institutlarının əldə edilməsi və satışı – hüquqi due diligence, tənzimləyici razılıqlar, əməliyyatın strukturlaşdırılması və əməliyyatın bütün mərhələlərində hüquqi müşayiət
- Tənzimləyici uyğunluq və risklərin idarə edilməsi – maliyyə məhsulları, əməliyyatlar və biznes fəaliyyəti ilə bağlı hüquqi və tənzimləyici risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi
- Mübahisələrin həlli və məhkəmə – bank və maliyyə əməliyyatlarından irəli gələn mübahisələr üzrə hüquqi dəstək və təmsilçilik
- AML/CFT – çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində hüquqi məsləhətlər
