Komandamız Azərbaycan Respublikasının strateji inkişaf sahələrində həyata keçirilən qabaqcıl layihələr üzrə müştərilərə hüquqi məsləhət verilməsi üzrə dərin təcrübəyə malikdir. Hüquqşünaslarımız:
- Beynəlxalq və yerli şirkətləri gömrük, reklam və haqsız rəqabət üzrə mübahisələrdə uğurla müdafiə etmişdir.
- İnfrastruktur və nəqliyyat layihələrində, o cümlədən Azərbaycanın dövlət-özəl tərəfdaşlıq layihələrində, lisenziyalaşdırma və satınalma proseslərində məsləhət xidməti göstərmişdir.
- Hüquqi şəxslərin yenidən təşkili, birləşmə və bölünmə, eləcə də Dubay və Almaniyada yaradılmış birgə müəssisələr daxil olmaqla beynəlxalq əməliyyatlarda hüquqi dəstək göstərmişdir.
- BM Morrison Partners DMMC şirkətinin Azərbaycan üzrə şəbəkə tərəfdaşı qismində fəaliyyət göstərərək tənzimləyici və əməliyyat uyğunluğu üzrə xidmətlər göstərmişdir.
Bu çərçivədə hüquqşünaslarımız müştərilərə mürəkkəb və daim dəyişən normativ-hüquqi mühitdə dəstək göstərərək, uyğunluğun təmin olunmasına, risklərin azaldılmasına və davamlı inkişafın təmin edilməsinə xidmət edən fərdi hüquqi həllər təqdim edirlər.
