Salam, mənim adım Murad Əliyevdir. Mən vəkiləm, Azərbaycan Respublikası Vəkillər kollegiyasının üzvi və iş adamıyam. İstəyirəm sizə biraz bizim şirkət haqqında məlumat verim.Amma ilk öncə bir neçə kəlmə uğurlu biznes haqqında danışmaq istəyirəm.

Uğurlu biznesin təməlində ilk növbədə parlaq ideya durur. Başqalarının bacarmadığını bacarmaq, sizi uğura aparan yolun başlancığıdır. Parlaq ideya yüksək əhval-ruhiyə yaradır, yüksək əhval-ruhiyə ilə işə yanaşma yüksək satışlar və yüksək gəlirlər gətirir. Amma bu hələ hər şey deyil. İdarəetmə, xüsusilədə dəqiq idarə etmə parlaq ideya, yüksək gəlirlər qədər vacibdir. İdarəetmə və idarəçilik haqda çox mövzular var. Mən idarəetmə haqqında yalnız bunu söyləyə bilərəm; mühasibat və vergi uçotunun, kadrlar uçotunun və hüquqi münasibətlərin doğru aparılması dəqiq idarə etmənin əsasıdır və iqtisadi strategiya qədərdə vacibdir. Bir düşünün, mühasibatlıqda buraxılmış kiçik bir səhv, vergiərin artmasına və ya böyük cərimələrə və ağır sanksiyalara gətirib çıxara bilər. Yada müqavilərin düzgün tərtib olunmaması ən yaxşı halda sizə, lazımsız problemlər gətirər, pis halda isə küllü miqdarda maliyyə itkilərinə səbəb ola bilər. Bütün sadalanlara birdə Kadrlar uçotunu əlavə edin. Hər bir iş adamına bəllidirki, uğurlu, gəlirli biznesə etibarlı və bacarıqlı işçi heyyəti olmadan nail olmaq olmaz. Elə isə bir düşünün, kadrlar uçotunun düzgün aparılmamaısı, əmək haqqlarının və digər ödənişlərin düzgün hesablanmaması, əmək müqavilələrində və daxili nizam-intizam qaydalarında buraxılmış nöqsanlar, müəssisəyə nəinki sanksiya və cərimələr formasında maliyyə itkiləri gətirə bilər, eləcədə işverənlə işçi arasındakı qarşılıqlı münasibətlərədə xələl gətirə bilər. Bu səbəbdəndə, biznesinizin uğuru üçün sizə bilikli mühasib və ya mühasiblər, hüquqşunas və ya hüquqşunaslar, eləcədə kadrlar uçotunu düzgün tərtib edə biləcək əməkdaşlar lazım olacaq.

Accurate Management Opportunity şirkəti, (yada qısaca AMO service) sizə biznesinizin dəqiq idarə edilməsi üçün peşəkar hüquqşunaslar, mühasiblər, kadrlar işləri və vergilər  üzrə ekspertlər, xidmətini təklif edir. Bizim əməkdşlarımız öz sahələri üzrə, illərlə dövlət, qeyri-dövlət, yerli və xarici müəsisələrdə işləmiş və təcrübə toplamışlar. Biz sizin şirkətdə yaranmış müxtəlif hüquqi problemlərin, əmək münasibətlərindən irəli gələn problemlərin, vergi və mühasibat uçotu sahəsində yaranmış problemlərin qısa müddətə həll edilməsində, xidmət göstərə bilərik. Bizi, bu sahədə fəaliyyət göstərən digər şirkətlərdən fərqləndirən əsas xüsusiyyətimiz, hər bir müəsisəyə fərdi yanaşmamız, müəsisədə yaranmış problemin həll edilməsində və gələcəkdə də eyni problemin yaranmaması üçün yalnız həmin müəsisəyə xas olan, özəl sistemi yaradmaq bacarığımızdır. Biz, müştərilərimizin maraqlarını öz marağımız, sirrlərini isə öz sirrimiz kimi qəbul edirik. İşlədiyimiz hər bir müəsisə ilə Maddi məsuliyyət və Konfedensiallıq müqaviləsi də bağlayırıq. Bizim digər özəl xüsusiyyətimiz isə odurki, biz daima müştərilərimizin inkişafı üçün çalışırıq. Çünki sizin inkişafınız, gəlirlərinizin artması, bizimdə inkişafımız və gəlirlərimizin artmasıdır. Səmimiyyət, şəffaflıq, dürüstlik bizim şüarımızdır. Biz bacara bilməyəcəyimiz işi üzərimizə götürmürük.

Hörmətlə

Murad Əliyev